“Yaponçik”in qatili 12 ildən sonra həbs edildi

“Yaponçik”in qatili 12 ildən sonra həbs edildi
"Oğru dünyası”nın əfsanəsi hesab edilən "Yaponçik” ləqəbli qanuni oğru Vyaçeslav İvankovun qətlində ittiham olunan Astamur Butba həbs edilib. 

Sfera.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Astambur Butba banklardan birinə silahlı basqın edib. Lakin qısa müddət sonra hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanıb. O həbs ediləndən sonra barəsində araşdırma aparılıb. Bəlli olub ki, Astambur Butba "Yaponçik”in qətlinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. 

Qeyd edək ki, "Yaponçik" 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərinin Xoroşevski şossesi 25 ünvanında yerləşən "Tayskiy slon” restoranından çıxan zaman qətlə yetirlib. "QazEl” markalı yük avtomobilində gizlənən qatil "Draqunov” snayper tüfəngi ilə onun qarın nahiyəsinə atəş açıb. Vyaçeslav İvankov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Hadisənin üzərindən 12 il keçdikdən sonra Rusiyanın hüquq-mühafizə orqanları "Yaponçik”ə atəş açan şəxsin Astambur Butba olduğunu müəyyən edib. Həmçinin məlum olub ki, o, "qanuni oğru”nu öldürərkən tək olmayıb. Butba sui-qəsd planını köməkçisi Nuqzar Papava ilə birgə həyata keçirib. Hər iki şəxs "Yaponçik”in ölümündən sonra Rusiyanı tərk edib. Bu baxımdan, adıçəkilən şəxslər barəsində qiyabi həbs qərarı çıxarılıb və onlar axtarışa verilib.

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...