Əşrəf Qani Əfqanıstana qayıdacağını bəyan etdi – “Geri dönsə, öldürüləcək…”

15:49 / 19.08.2021
1719
Əfqanıstan prezidenti Əşrəf Qani ölkəsinə geri qayıdacağı
ilə bağlı açıqlama verib. O, "əfqanlara münasibətdə ədalətə nail olmaq üçün” səylərini
davam etdirməyi planlaşdırdığını vurğulayıb.
Maraqlıdır, prezidentin bu açıqlaması nəyə hesablanıb? O doğurdan geri
qayıda bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd
Əsədullazadə Əşrəf Qaninin açıqlamasını manipulyasiya adlandırıb:
"Əşrəf Qaninin Birləşmiş Ərəb Əmirliyindən bu
kimi açıqlamalar verməsi siyasi səhnədə olmasını göstərmək cəhdidir. Onun bu
illər əzrində Əfqanıstanda apardığı siyasət demək olar ki, effektli olmadı. Yəni
ordu quruculuğu, dövlət təsisatı, əfqan cəmiyyətinin inkişafı istənilən səviyyəyə
gəlib çata bilmədi. Hakimiyyət üçün yalnız korrupsiya, rüşvətin əldə edilməsi
maraqlı oldu. ABŞ-ın Əfqanıstana milyardlarla dollar ayırmasına baxmayaraq, Əşrəf
Qani və komandası bu pulu xarici banklara yatırmaqla məşğul idi".
Ekspert Əşrəf Qaninin Əfqanıstana qayıtmasının ölümlə
nəticələnəcəyini bildirib:
Əzizə Zeynal
Sfera.az