Paşinyan bu şəxsi XİN rəhbəri təyin etdi – Ararat Mirzoyan kimdir?

12:13 / 19.08.2021
910
Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyanın
xarici işlər naziri təyin olunub.
Maraqlıdır, Ararat Mirzoyanın yeni XİN rəhbəri kimi
işə başlaması ölkəmiz, eləcə də Ermənistan üçün nə vəd edir?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa
İbrahimov Ararat Mirzoyanın
XİN-ə rəhbər gətirilməsi ideyasının Nikol
Paşinyana məxsus olduğunu deyib:
"Növbədənkənar
parlament seçkilərindən sonra Ermənistanda hökumətin formalaşması prosesi başa
çatmaq üzrədir. Demək olar ki, əsas vəzifələr Baş nazir
Nikol Paşinyanın təqdim etdiyi namizədlər əsasında
formalaşıb. Boş qalan yerlər içərisində xarici
işlər naziri vəzifəsi diqqəti cəlb edir. İndiki şəraitdə ölkənin əsas fiqurlarından
hesab olunacaq xarici işlər nazirinin
təyinatının gecikməsi müxtəlif şayiələrin yayılmasına yol açırdı. Müxalif qüvvələr
bu məsələdə prezident Armen Sarkisyanla Paşinyan arasında fikir ayrılığının
olmasını əsas gətirirlər.
Xarici
işlər naziri vəzifəsinə Ermənistan parlamentinin keçmiş sədri
Ararat Mirzoyanın təyin edilməsi ilə bu mövzuya da nöqtə qoyulmuş oldu Bu şəxs baş nazirin yaxın silahdaşlarından hesab olunur və həm 2018-ci
il, həm də 2020-ci illərdəki qarşıdurma zamanı Nikol Paşinyanla
birlikdə olub, müxalifət tərəfindən yetərincə kötək yeyib".
Politoloq yeni nazirin Azərbaycanla müsbət
əlaqələrin qurulmasında maraqlı olacağını bildirib:
"Paşinyanın
onu seçməsinin özəl səbəbləri var. İkinci dəfə baş nazir təyin olunandan sonra onun Mirzoyan
kimi müti xarici işlər nazirinə
ehtiycı yaranıb. Ararat Mirzoyanın Azərbaycana münasibətinə gəlincə,
onda hər hansı bir özbaşınalıq və özfəaliyyət gözləmək mümkün deyil. O Paşinyanın
çəkdiyi kursla hərəkət edərək onun siyasətinin həyata keçirilməsidnə
vasitə olacaq. Paşinyan isə son zamanlar Azərbaycanla münasibətlərin inkişaf
etdirilməsində maraqlı olması haqqında siqnallar verir".
Sfera.az