Neft ucuzlaşmağa davam edir

İqtisadiyyat
12:03 / 19.08.2021
675
Bu gün "Brent” markalı neftin qiyməti bir qədər də azalaraq 67,4 dollara düşüb. "Brent” neftinin mövcud qiyməti son 3 ayın ən aşağı qiymətidir.
Sfera.az bildirir ki, neftin ucuzlaşması ABŞ-ın ticari neft ehtiyatlarının azalması fonunda baş verir. ABŞ-da ehtiyatlar həftə ərzində daha 3,23 milyon barel azalaraq 435,54 milyon barelə düşüb.
Adətən ABŞ-da ehtiyatlar azaldıqda neft bahalaşır. Bu dəfə əks proses müşahidə edilir. Bunun əsas səbəbi dünyanın ən böyük neft idxalçısı olan Çinin neft alışını azaltması və COVİD-19 virusunun yayılmasının yenidən güclənməsidir.
Proqnozlara görə COVİD-19 virusunun yayılması sürəti güclənərsə, neftin qiymətinin bir qədər də aşağı düşməsi mümkündür.
Vasif
Sfera.az