Sosial media platformalarından sərt qərarlar: \"Taliban\"ı tərifləyənlər də BLOKLANACAQ

Sosial media platformalarından sərt qərarlar: \
"Facebook” Talibanla əlaqəli hesabları qadağan etdikdən sonra "WhatsApp” mesajlaşma tətbiqetməsi də oxşar qərarı qəbul edib.
 
Sfera.az xəbər verir ki, "Facebook”un mətbuat üzrə məsul şəxslərindən biri Talibanın ABŞ qanunlarına görə terror təşkilatı olduğunu, bu səbəbdən hesabların "Təhlükəli təşkilatlar" kateqoriyası üzrə bloklandığını söyləyib.

Şirkət dari və puştu dillərində danışan bir qrupun platformanı mütəmadi olaraq yoxladığını və Talibanı tərifləyən və dəstəkləyən hesabların da bloklandığını qeyd edib.

"WhatsApp” mesajları oxuya bilmədiyi üçün yalnız özünü Talibanla əlaqəli hesab edən nömrələri blok edə bilir. Bu haqda danışan şəbəkənin sözçülərindən biri bu istiqamətdə ABŞ-ın müvafiq orqanlarından daha çox məlumat istədiklərini diqqətə çatdırıb.

"Twitter” isə Talibana aid hesabları bağlamayacağını, lakin bu hesablardakı paylaşımları yaxından izləməyə davam edəcəklərini açıqlayıb. Platforma Əfqanıstanda insanların kömək istəmək üçün "Twitter”dən istifadə etdiyini və şiddəti tərifləyən materialları bloklamaq üçün sərt siyasətlərini davam etdirəcəklərini qeyd edib. Şəbəkə hələ də Taliban və onların sözçülərinə aid hesablara heç bir sanksiya tətbiq etməyib. Taliban sözçülərindən Süheyl Şahinin təsdiqlənməmiş hesabının 347 min izləyicisi var və o, "Twitter”dən aktiv şəkildə istifadə edir.

Bundan əlavə, "Youtube” ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısında olması səbəbiylə Talibana məxsus hesabların fəaliyyətini dayandıracağını bildirib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...