Arvadını öldürən hakimin məhkəməsi başlayıb

Arvadını öldürən hakimin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az-ın "Report"a istinadən məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.

Hazırlıq iclası zərərçəkmiş tərəfin hüquqi varisi olmadan keçirilib.

Prosesdə Fəqan Əhmədovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq, cinayət işi məhkəmə baxışına verilməsini istəyib.

Fəqan Əhmədov və vəkilləri prokurorun çıxışına etiraz etməyib və hər hansı vəsatət verməyiblər.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra məhkəmə təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlamaqla işi məhkəmə baxışına qəbul edib.

Baxış iclası avqustun 26-a təyin olunub.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, istintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...