Euronews: Taliban insanlara dostca münasibət göstərir

11:14 / 19.08.2021
1086
Avropa dövlətləri diplomatlarını və əfqan müttəfiqlərini
Kabildən çıxarmağa çalışarkən paytaxtda vəziyyətin normala dönməsi haqda xəbərlər
gəlməkdədir.
Sfera.az "Euronews”a istinadən xəbər verir ki,
Talibanın Əfqanıstandakı fəaliyyətini uzun illərdir, izləmə təcrübəsinə malik
olan əfqan jurnalist Fazil Qazizai Talibanın Kabilə daxil olduğu gün insanların
panikaya düşdüyünü deyib. Jurnalistin sözlərinə görə, insanların bu narahatlığı
Talibanın onlarla hansı şəkildə davranmasını bilmədiklərindən irəli gəlirdi.

Fazil Qazizai vəziyyətin indi normallaşdığını,
Talibanın onlara dostca münasibət göstərdiyini bildirib:
"İnsanlar Taliban üzvləri ilə şəkil çəkdirmək,
söhbət etmək istəyir. Onlar taliblərlə zarafat edir, əylənməyə çalışır. Düşünürəm
ki, bu Talibanın narahatlıq yaratmamaq üçün tətbiq etdiyi yeni strategiyasıdır.
Ən azından indiki dövr üçün qadın hüquqları ilə bağlı hansısa problem yaranmayıb,
qorxu yoxdur".
Bundan başqa Taliban qüvvələri Əfqanıstanda qadınları
çadra geyinməyə, küçəyə çıxarkən yanlarında mütləq kişi olmasına məcbur etmir,
taksidə xüsusi oturacaq ayırmırlar.
Jurnalist bildirib ki, Taliban musiqi ilə bağlı
hansısa qadağa da tətbiq etməyib:

"Taliban musiqi məsələsinə də qarışmır. Bəzi oğlan
uşaqları avotomobildə mahnıya qulaq asır. Bacımın biri həkim, biri müəllimədir
və ikisi də Talibanın bizim üçün tətbiq edəcəyi strategiyadan narahatdırlar.
Lakin onlar Talibanın nəzarət etdiyi bölgələrdəki qadınlarla əlaqə saxlayıblar
və indi gələcəyə daha nikbin baxırlar"- deyə, F.Qazizai bildirib.
Lakin Əfqanıstanın Cəlalabad şəhərində Taliban döyüşçülərinin
etirazçı dəstəsinə atəş açdığı bildirilir. Həmçinin cənub-şərqdəki Xost şəhərində
nümayişlər barədə xəbərlər yayılıb.
Qazizai Talibanın dövləti idarə edə bilməsi ilə bağlı
suala belə cavab verib: "Taliban Kabili ələ keçirməzdən əvvəl və onların
nəzarətində olan ərazilərə getdim. Onlar polisə, müxtəlif idarə orqanlarına və ədliyyəyə
nəzarət edə bilirdirlər. Ədalət hər şeydən daha vacibdir. Bir şey aydındır ki, hər şeyi özləri idarə edə bilməzlər.
Onların idarə edəcəyi bir
totalitar sistem ola bilməz. Bunu etsələr böyük problemlər yaşanar, iş çatışmazlığı
və ehtiyac duyacaqları çox şey olar".
Jurnalist ailəsinin və özünün
Kabili tərk etmək istədiyini desə də, hələlik Əfqanıstanda qalacağını bildirib:

"Avropanın narahatlığı Talibanın Kabili ələ keçirməsindən
əvvəl sahib olduğumuz narahatlıqla eyni idi. Qəddar bir müharibədən, Talibanla
olan haqsız razılaşmadan və Talibanın insanların arxası ilə gəlməklərindən
narahat idim.
Beləliklə, Qərbin bütün narahatlığı bizimlə bağlı
idi. Amma Taliban Kabilə bizim üçün və dünya üçün fərqli və yaxşı strategiya ilə
gəldi. Lakin bu strategiyanın uzun müddət qüvvədə olacağından əmin deyiləm.
Strategiya uzun müddət davam etsə əla olar. Lakin bu sadəcə, əfqanların qəlbini
və zehnini ələ keçirməyə yönələn üsuldur, hər şey sabit olduğunda Taliban dəyişə
bilərmi? Mən sadəcə indiki vaxtdan danışa bilərəm".
Bu arada çərşənbə günü ölkəni tərk etmək istəyən
minlərlə şəxsin hava limanına üz tutduğu və yüzlərlə şəxsin Fransa səfirliyi
yanında düşərgə qurduğu üçün Kabildəki beynəlxalq hava limanının yaxınlığında
xaos olduğu bildirilib.
Əfqanıstandakı bir çox şəxs Talibanın şəkil dəyişdirməsinə
inanır, lakin onların nəzarəti altında yaşam risklərinin olmasını da istisna
etmirlər. Ancaq Qəzazai belə məqamda da nikbin olduğunu söyləyib:
Əzizə Zeynal
Sfera.az