Əşrəf Qani ilə ailəsinin yeri məlum oldu

Dünya
18:04 / 18.08.2021
1037
Ölkədən çıxan Əfqanıstan Prezidenti Əşrəf Qani və ailəsinin yeri məlum olub.
Sfera.az xəbər verir ki, devrilmiş Prezident Birləşmiş Ərəb Əmirliklərindədir.
Bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Əşrəf Qani ailəsi ilə BƏƏ-yə qaçıb.
Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Ə. Qani ölkəsini tərk etmişdi.