Azərbaycan I Divizionunda yeni mövsümün püşkü atıldı

İdman
15:01 / 18.08.2021
1022
Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümün püşkü atılıb.
Sfera.az xəbər verir ki, sayca yubiley 30-cu püşkatmadan sonra I turda üz-üzə gələcək komandalar bəlli olub.
İlk turda "Qarabağ-2" komandası istirahət edəcək.
I Divizion
1-ci tur
"Sumqayıt-2” - "Qaradağ Lökbatan”
"Kəpəz” - "Qəbələ-2"
"Neftçi-2” - "Sabah-2"
"Keşlə-2” – "Zaqatala”
"Turan Tovuz” – MOİK
"Səbail-2” – "Zirə-2”
Qeyd edək ki, 13 sentyabrda start götürəcək çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək.