Dünyanın ən böyük ehtiyat fondunda 110 milyard dollar artım olub

İqtisadiyyat
14:54 / 18.08.2021
1149
Dünyanın ən böyük ehtiyat fondu olan Norveç Sərvət Fondunun aktivlərinin həcmi 2021-ci ilin birinci yarısında 110 milyard dollar artıb. Artımın ardından aktivlərin həcmi 1,4 trilyon dollara çatıb. Ötən ilin sonunda Fondun ehtiyatı 1,29 trilyon dollar idi.
Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, Fondun aktivlərinin kəskin artmasına səbəb əvvəllər alınan səhmlərin 14 faiz dəyər qazanmasıdır. Səhmlərin kəskin bahalaşmasının hesabına Fondun cəmi aktivləri 9,4 faiz böyüyüb.
Vasif
Sfera.az