Əhali məhsula, yoxsa xidmətə daha çox pul xərcləyir?

İqtisadiyyat
13:55 / 18.08.2021
903
Azərbaycan əhalisinin 2021-ci ildə adambaşına aylıq istehlak xərcləri 393 manat olub. Ötən illə müqayisədə bu il istehlak xərcləri 25,7 manat və ya 7 faiz artıb.
Sfera.az bildirir ki, əhalinin istehlak xərcləri 3 hissədən ibarətdir. İstehlak xərclərinə ərzaq, qeyri-ərzaq və pullu xidmətlərə çəkilən xərclər daxildir.
2021-ci ilin geridə qalan dövrü ərzində bir ölkə sakini orta hesabla ayda 176,6 manatlıq ərzaq, 150,6 manatlıq qeyri-ərzaq alıb, 65,8 manatlıq isə pullu xidmətdən istifadə edib. Mal və xidmətlər üzrə qruplaşdırdıqda, bəlli olur ki, bir ölkə sakini ayda ticarət şəbəkəsində 327,2 manat, xidmət şəbəkəsində isə 65,8 manat xərcləyib.
Statistika göstərir ki, əhalinin xərclərinin daha çox hissəsi ərzağın alınmasına sərf edilir. Ay ərzində olan xərclərin 45 faizi ərzağa, 38,3 faizi qeyri-ərzağa, 16,7 faizi pullu xidmətlərin əldə edilməsinə yönəldilib.
Əhalinin ərzaq xərclərində daha çox pul tərəvəz, meyvə və ət məhsullarının alınmasına sərf olunur.
Qeyri-ərzaqda daha çox pul geyimə, məişət avadanlıqlarının alınmasına və avtomobil yanacağının əldə edilməsinə gedir.
Pullu xidmətlərdən isə əhali əsasən məişət xidmətlərindən və ictimai iaşədən çox istifadə edir.
Vasif
Sfera.az