Çin iyulda rekord həcmdə çip istehsal etdi

Çin iyulda rekord həcmdə çip istehsal etdi
Çində yarımkeçirici istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə iyulda 41,3 % artaraq 31,6 milyard ədədə çatıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu, yeni aylıq rekorddur və istehsal güclərinin artırılması ilə əlaqədardır.

Bu ilin ilk yeddi ayı ərzində Çində 203,6 milyard ədəd çip istehsal olunub ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 47,3 % çoxdur.

Məlumata görə, Çin ABŞ-la texnoloji mübarizəni gücləndirməyə hazırlaşdığı üçün çip istehsalı cari beşillik planın prioritet sahəsidir. Çiplərə olan qlobal defisit şəraitidə ölkənin yarımkeçirici istehsalçıları maksimal dərəcədə istehsal güclərini artırmağa çalışır. Eyni zamanda maliyyələşmə çatışmamazlığı üzündən dayandırılan bəzi layihələr də bərpa edilir.

Belə ki, Tszyansu əyalətində yarımçıq qalan fabrika layihəsi olan "Huaian Imaging Device Manufacturer Corporation” iyulun 7-də virtual auksionda 260 milyon ABŞ dollara "Rongxin Semiconductor” dövlət şirkətinə satılıb. Analitiklər hesab edir ki, bu, Çində çip istehsalı üzrə müflis olmuş müəssilərin bərpası üçün nümunə ola bilər.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...