Bu il ən çox iş yeri hansı rayonlarda açılıb? – SİYAHI

11:50 / 18.08.2021
927
2021-ci ilin 6 ayı ərzində ölkəmizdə 30,9 min yeni iş yeri açılıb. Bu dövrdə yeni iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda yaradılıb.
Sfera.az bildirir ki, yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılan iş yerlərinin 11,7 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 2,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxs statuslu təşkilatlar tərəfindən yaradılan iş yerlərinin 22,8 faizi tikinti, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi emal sənayesi, 7,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 38,3 faizi digər sahələrdə açılıb.
2021-ci ilin birinci yarımili ərzində ölkədə 3,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 40 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 38,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 61,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Vasif
Sfera.az