Azərbaycanda kreditlərin 83 faizi uzun müddətə verilib

İqtisadiyyat
10:59 / 18.08.2021
797
Mərkəzi Bankın məlumatına əsasən, 2021-ci il iyul
ayının 1-nə Azərbaycanın bank və digər kredit təşkilatlarının kredit portfeli
milli valyuta ekvivalentində 15,258 milyard manat olub.
Sfera.az bildirir ki, ümumi kredit portfelinin 12,6 milyard manatı və ya 82,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçən kreditlərin məbləği isə 914,6 milyon manat olub və ümumi kredit portfelinin 6 faizini təşkil edib.
Vasif
Sfera.az