O özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi

O özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh özünü müvəqqəti prezident elan edib.

Sfera.az xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.

O bəyan edib ki, Əfqanıstan Konstitusiyasına əsasən, ölkədə prezidentin olmaması, qaçması və ya istefa verməsi halında avtomatik olaraq müvəqqəti prezident səlahiyyətləri ona keçir.

"Hazırda ölkəmdəyəm və qanunən Prezident səlahiyyətləri məndədir”, - o yazıb.

O, xalqını Talibana müqavimət göstərməyə çağırıb, mərhum əfqan lider Əhməd Şah Məsudun ruhuna və mirasına heç vaxt xəyanət etməyəcəyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR