Türkiyədə sel nəticəsində ölənlərin sayı 77 nəfərə çatdı

Dünya
16:12 / 17.08.2021
1584
Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 77 nəfərə çatıb.
Sfera.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonuda 62, Sinopda 14, Bartında 1 nəfər həyatını itirib. 7 nəfər müalicəsini davam etdirir, 34 nəfər isə itkin düşmüş sayılır.
Aysel
Sfera.az