Əfqanıstanın son halı - FOTOLAR

15:46 / 17.08.2021
1894
Xəbər verdiyimiz kimi Taliban hərəkatı Əfqanıstanda
hakimiyyəti ələ keçirib.
Sfera.az BBC-yə istinadən xəbər verir ki, Kabildə hazırda həyat normal vəziyyətdə davam edir. Lakin yolda nəqliyyat vasitələrinin sayı azdır və bir çox mağaza bağlanıb. İnsanlar daha sakit görünürlər. Digər tərəfdən, beynəlxalq hava limanında tam bir xaos hökm sürür.
Hava limanında 2500 ABŞ əsgərinin olduğu bildirilir. Pentaqon sözçüsü Con Kirbihava limanına daha 500 əsgəringöndərildiyini söyləyib. Pentaqon, uçuşların bir müddət dayandırıldığını da açıqlayıb.
Beynəlxalq Əfv Təşkilatı verdiyi açıqlamada əfqan xalqını daha çox faciənin yaşanmaması üçün qəti mövqe tutmağa çağırıb.
Hazırki Əfqanıstanda ümumi vəziyyətlə bağlı fotoları təqdim edirik:
Əzizə Zeynal
Sfera.az