“Düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq” – Qulu Məhərrəmli

“Düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq” – Qulu Məhərrəmli
"Azərbaycan qanunlarını qəbul edərək düşmənçiliyə son verəcəklərsə, ermənilərin cəmiyyətimizə inteqrasiyasısı sürətli gedəcək. Tərəddüd içində olacaqlarsa, proses müəyyən dərəcədə ləngiyərək uzanacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məqsədilə hansı addımların atılmalı olduğundan danışarkən, siyasi şərhçi Qulu Məhərrəmli deyib:

"Proses vəziyyətdən asılı olaraq sürətlə, yaxud, ləng gedə bilər. Dəfələrlə rəsmi səviyyədə deyildiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar tədricən cəmiyyətimizə inteqrasiya olunmalıdır. Amma bu inteqrasiya onların içində, şüurlarında başlamalıdır. Birinci növbədə Azərbaycan qanunlarını, onun suverenliyini qəbul etməlidirlər. Həmin ermənilər Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa getməli, özlərini ifadə etməli bələdiyyə, parlament seçkilərində iştirak etməlidirlər”.
 
Q. Məhərrəmli sözügedən prosesdə fərdlərarası ünsiyyətə başlamağın ən vacib element olduğunu dedi:

"Vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndiyə, onlar isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Ermənilər birdəfəlik unutmalıdır ki, Azərbaycandan torpaq qoparmaq cəhdləri mümkünsüzdür, onun heç bir sonu yoxdur, separatizm yolverilməzdir. II Qarabağ savaşında ermənilərin başı daşdan-daşa dəydi. Onlar sonluğu gördülər. Ona görə də Azərbaycan vətəndaşları olan ermənilər bundan ciddi nəticələr çıxarmalıdır. Məmləkətdə sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...