Tərəvəzlər 20 faizdən çox bahalaşıb - YENİ QİYMƏTLƏR

Tərəvəzlər 20 faizdən çox bahalaşıb - YENİ QİYMƏTLƏR
Bu ilin iyulunda tərəvəz məhsullarında bahalaşma 20 faizi ötüb. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin iyulunda tərəvəz qiymətləri 2020-ci ilin iyuluna nisbətən 20,7 faiz artıb. Xatırladaq ki, tərəvəz qiymətlərində artım iyunda 12,9 faiz, mayda 5,9 faiz idi. 

Müqayisə edilən tarixdə tərəvəz məhsullarının bir çoxu bahalaşıb. Ən çox bahalaşma ağ kələm (32 faiz), xiyar (75 faiz), süfrə çuğunduru (71 faiz), yerkökü (54 faiz) və baş soğanda (28 faiz) qeydə alınıb. 

Bazar məlumatlarına əsasən, əvvəlki ilin iyulunda kiloqramı 47 qəpiyə satılan ağ kələm bu ilin iyulunda 62 qəpiyə təklif edilib. 

Açıq havada yetişdirilən xiyarın qiyməti bir ildə 35 qəpik artaraq 82 qəpiyə çatıb. 
Yerkökü 44 qəpik bahalaşaraq 1,26 manat, baş soğan 11 qəpik bahalaşaraq 53 qəpik olub. 

Bunlardan başqa sarımsaq 40 qəpik bahalaşmaqla 3,43 manata, şirin bibər 20 qəpik bahalaşaraq 1,63 manata təklif edilib. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...