Rusiyada hərbi təyyarə qəzaya uğradı: 3 ölü

Rusiyada hərbi təyyarə qəzaya uğradı: 3 ölü
Rusiyada Moskva vilayətində "İl-112V” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Sfera.az "TASS”a istinadən xəbər verir ki, qəza təlim uçuşu zamanı Kubinka aerodromu ərazisində baş verib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsindəki 3 ekipaj üzvündən heç biri sağ qalmayıb.
 
Qəzanın səbəbləri araşdırılır. 
 
Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR