Bu metalın qiyməti 2600 dolları keçdi

İqtisadiyyat
14:22 / 17.08.2021
1043
Şanxayın fyuçers birjasında alüminium qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb. Qiymətlərin maksimum səviyyəyə çatması istehsalda fasilənin olması səbəbindən tədarüklə bağlı narahatçılığın yaranmasıdır.
Sfera.az bildirir ki, sentyabr ayı üçün ticarəti nəzərdə tutulan alüminumun bir tonunun qiyməti 3174 dollara yüksəlib. Birja məlumatlarına görə sonuncu dəfə belə yüksək qiymət 2008-ci ilin avqustunda qeydə alınıb.
London birjalarında isə qiymətlər 2638 dollar olub. Avropa birjasındakı mövcud qiymət 2011-ci ilin iyunundan sonrakı ən yüksək qiymətdir.
Qeyd edək ki, alüminiumun bahalaşması Azərbaycan üçün əlverişlidir. Çünki ölkəmiz hər il böyük məbləğdə alüminium ixrac edir. 2021-ci ilin yanvar-iyul dövründə ölkəmiz 30,558 min ton alüminium satıb ki, onun da dəyəri 72,8 milyon dollar olub. Alüminiumun bahalaşması satışdan daha çox gəlirin əldə edilməsinə imkan verir.
Vasif
Sfera.az