Azərbaycanda oynamış futbolçular Belarus tarixinin rəmzi komandasına düşdü

İdman
13:31 / 17.08.2021
883
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Belarus futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Sfera.az xəbər verir ki, ən yaxşı "11-lik"də Azərbaycanda oynamış iki futbolçu da yer alıb.
Bunlar "Neftçi"in sabiq yarımmüdafiəçisi Aleksandr Prokopenko və "İnter"in (hazırkı "Keşlə) formasını geyinmiş Valentin Belkeviçdir.
Qeyd edək ki, Prokopenko 1987-ci ildə "Neftçi"nin şərəfini qoruyub. Belkeviç isə 2008 - 2009-cu ildə "İnter"də çıxış edib.