Azərbaycanda 100 ailəyə 56 avtomobil düşür

12:14 / 17.08.2021
860
Azərbaycanda hər 100 ailəyə 56 minik avtomobili düşür. 2021-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, bu göstərici 2019-cu ildə 54 ədəd, 2016-cı ildə 52 ədəd təşkil edib.
Sfera.az bildirir ki, hər 100 ailəyə düşən minik avtomobillərinin sayına görə ilk yerdə Bakı şəhəri dayanır. Bakıda hər 100 ailəyə 99 minik avtomobili düşür.
2016-cı illə müqayisədə paytaxtda minik avtomobillərinin sayı azaldığına görə bu göstərici pisləşib. Qeyd edilən tarixdə paytaxtda olan hər 100 ailəyə 108 minik avtomobili düşürdü.
Rayon və şəhərlər üzrə müqayisə apardıqda 100 ailəyə düşən minik avtomobillərinin sayı paytaxtdan xeyli azdır. Bu göstərici üzrə Gəncədə 60 ədəd, Sumqayıtda 59 ədəd, Göygöl, Bərdə, Şəmkir rayonlarının hər birində 53 ədəd, Ağcəbədi, Qazax, Tovuz rayonlarının hər birində 52 ədəd minik avtomobili mövcuddur.
Ən az minik avtomobili isə Xocəvənd (10 ədəd), Xocalı (19) rayonlarında və Naxçıvan Muxtar Respublikasındadır (25 ədəd).
Vasif
Sfera.az