Bu qrup üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlərin hamısı tələbə adını qazanacaq - AÇIQLAMA

11:20 / 17.08.2021
1045
"II ixtisas qrupu üzrə 200 dən çox 5346 abituriyent bal toplayıb, 150 dən
çox bal toplayan abituriyentlərin sayı isə 8079 nəfərdir".
Sfera.az xəbər verir ki, bunu təhsil eksperti
Kamran Əsədov deyib. Ekspert ötən illə builki qəbul imtahanı nəticələrini müqayisə
edib:
"2020-ci ildə isə 200-dən çox bal toplayan II
qrupda 5356 abituriyent, 150 dən çox bal toplayan 7682 abituriyent olub. 2021-ci
ildə II ixtisas qrupu üzrə 13672 plan yeri ayrılıb ki, onun da 4230 plan yeri
ödənişsizdir.
2020-ci ildə isə 13800 plan yeri ayrılmışdı ki,
onun da 4115 plan yeri ödənişsiz idi. II qrupda müsabiqə şərtlərini ödəyən
abituriyentlərin 100 faizi tələbə adını qazana bilər".
Ekspert II ixtisas qrupu üzrə prezident təqaüdünü
670-dən çox bal toplamış abituriyentin ala biləcəyinni deyib:
Bu il II ixtisas qrupu üzrə nəticələr 2020-ci ilə
müqayisədə zəifdir".
Əzizə Zeynal
Sfera.az