“Bu raketləri ilk dəfə Qarabağda sınaqdan keçirdik” - VİDEO

“Bu raketləri ilk dəfə Qarabağda sınaqdan keçirdik” - VİDEO
Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan "Roketsan” lazerlə hədəfə yönləndirilən TRLG-230 raketinin ilk dəfə ötən ilin payızında Qarabağdakı müharibə zamanı sınaqdan keçirildiyini açıqlayıb. 

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İstanbulda sabah işə başlayacaq IDEF-2021 hərbi sənaye sərgisi ərəfəsində keçirdiyi brifinqdə "Roketsan” şirkətinin direktoru Murat İkinci  bildirib.

O, deyib ki, IDEF-2021 sərgisində "Roketsan” şirkəti 9 məhsulunu ilk dəfə nümayiş etdirəcək. "Türkiyə hərbi sənayesinin meydan oxuyacağı bu sərgidə "Roketsan” da öz silah sistemləri ilə diqqət mərkəzində olacaq”,-İkinci deyib.

Murat İkinci "Roketsan”ın işləyib hazırladığı TRLG-230 raketi ilə bağlı məlumat verib. "Qarabağ savaşı zamanı yaşamış olduğumuz sıxıntılar zamanı inkişaf etdirdiyimiz bir raketimiz var. Məlum olduğu kimi, 230 millimetrlik raketlərimizin hədəfə yönləndirmə sistemləri GPS və koordinatlardan asılı idi. Bunları lazerlə yönləndiriləcək hala gətirdik və çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edildi”,-o bildirib.

"Roketsan”ın 230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə pilotsuz təyyarələr vasitəsilə yönləndirmək mümkündür. Belə ki, müharibə zamanı Azərbaycana ixrac edilən TRLG-230 raketləri "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verib.

Xatırladaq ki, TRLG-230 raketlərinin Qarabağ müharibəsində tətbiqi ilk dəfə Azərbaycan Müdafiə Nazirliyinin həmin günlərdə yaydığı videogörüntülərlə ortaya çıxmışdı. Kadrlardan görünürdü ki, TRLG-230 raketləri reaktiv yaylım atəşi sistemindən buraxıldıqdan sonra eyni vaxtda müxtəlif hədəflərə dəqiq zərbələr endirir.

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...