Tacikistan Əfqanıstandan qaçan hərbçiləri qəbul edir

Dünya
22:25 / 16.08.2021
1889
Tacikistan Əfqanıstandan gələn təyyarənin öz ərazisində eniş etməsinə icazə verib.
Sfera.az xəbər verir ki, təyyarədən SOS siqnalı yayıldığı üçün onun enişinə izn verilib.
Tacikistan XİN-dən yayılan məlumata görə, təyyarənin içərisində 100-dən çox əfqan hərbçisi olub.
Həmçinin, nazirlikdən bundan öncə Əfqanıstandan gələn təyyarələrin ölkə ərazisinə enməsi barədə xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.