"Oturub ölümümü gözləyirəm, getməyə yerim yoxdur" - Əfqanıstanın yeganə xanım bələdiyyə sədri

Dünya
16:21 / 16.08.2021
1931
Əfqanıstanın yeganə qadın bələdiyyə sədri Zərifə Qəffari yaşadığı qorxunu dilə gətirib.
Sfera.az xəbər verir ki, 2018-ci ildən Meydan-ı Vardak vilayətinə bələdiyyə sədri seçilən Qəffari Taliban hərəkatının Əfqanıstanı ələ keçirməsindən sonra ölümünü gözlədiyini deyib:
"Oturub hücum etmələrini gözləyirəm. Nə məni, nə də ailəmi qoruya bilən kimsə var. Mənim kimi insanları və məni öldürəcəklər. Ailəmi buraxıb harasa gedə bimərəm. Guya hara gedəcəm ki?", - deyə bələdiyyə sədri bildirib.
Əzizə Zeynal
Sfera.az