İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi

İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi
İrəvanda əslən azərbaycanlı olan beş İran İslam Respublikasının vətəndaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Sfera.az-ın ANS-ə istinadən verdiyi məlumatına görə, 11-13 yaş arası olan uşaqlar təcili yardım maşınında xəstəxanaya çatdırılıblar. Bütün uşaqlarda həmin gün səhər ürəkbulanması, qusma və daha sonra ishal baş verib. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Hazırda uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Ötən gün İrəvana İranın Qroqan şəhərindən təxminən 50 nəfərdən ibarət bir qrup gəlib. Valideyn və məşqçilərin müşayiəti ilə gələn 11-13 yaşarasında olan uşaqlar idman məktəbinin şagirdləridir. Onlardan 15 nəfəri (10 böyük və 5 uşaq) İrəvanda həyət evini kirayələyib. Zəhərlənən 5 uşaq bu evdə yaşayıb. Xəstəxanaya yerləşdirməzdən bir gün əvvəl onlar şam yeməyinə balıq konservləri yeyiblər. Qalan uşaqlar və həmin qrupdan olan böyüklər şam yeməyinə İrandan gətirdikləri düyünü yeyiblər.

 

Qroqanda yaşayanların əksəriyyəti türklərdir və onlar Azərbaycan ləhcəsində danışırlar. Onlar 14-cü əsrdə Teymurləng tərəfindən Konya və Suriyadan Azərbaycana geri qaytarılmış Rumulu və Şamılı (Şahsevənlər) tayfalarının bir qoludur.




OXŞAR XƏBƏRLƏR

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...

Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.  ...