“Əfqanıstanda baş verənlər ABŞ-ın öz ssenarisidir” - Politoloq

13:13 / 16.08.2021
1374
"Taliban”
hərəkatının qısa zamanda əldə etdiyi sürətli qələbə razılaşdırılmış ssenarinin
nəticəsidir”.
Bu sözləri
Sfera.az-a açıqlamasında "Taliban”ın Əfqanıstanda hakimiyyətə yiyələnməsinin səbəblərindən
danışarkən, politoloq Cümşüd Nuriyev deyib:
"Taliban
ordusunun qısa zamanda sürətli qələbəyə nail olması əslində ABŞ-ın yeni bir
siyasi layihəsindən qaynaqlanır. 1989-cu ildə Əfqanıstandan Sovet ordusunun
çıxmasından iki ilə sonra SSRİ dağıldı. Görünür, indi də "Taliban”ın birbaşa,
yaxud dolayı iştirakı ilə bir sıra ölkələrlə bağlı buna bənzər hanslsa planlar
qurulub. Qərbin rəngli inqilabları artıq ciddi effekt vermir. Çox yerdə iflasa
uğrayıb. Rəngli inqilabların artıq nəticə vermədiyini görən Qərb öz planına
nail olmaq üçün yenidən Talibanı gündəmə gətirir”.
Həmsöhbətimizə
görə, Əfqanıstanın ciddi döyüşlər olmadan "Taliban”a tabe etdirilməsi onu göstərir
ki, bu, əvvəlcədən planlaşdırılmış və bir sıra dairələrlə razılaşdırılmış
ssenarinin tərkib hissəsidir: "Əvvəlki Əfqan hökumətində təmsil olunanların bəzilərini
"Taliban” da qəbul edib. Onlar "Taliban”ın sözçüsü, hətta hökumət aparatı rəhbərliyinə
gətiriliblər. İnsanlarda belə fikir formalaşa bilər ki, taliblər hakimiyyətə öz
güclərilə gəlib. Amma qısa zamanda baş verən olaylar bunun əksini deyir. Öz
gücünə qalsaydı, "Taliban” az müddətdə belə uğurlara nail ola bilməzdi. Kabil
alınmaz qala olsa da gördük ki, döyüşsüz təslim oldu”.