Azərbaycanda hansı markalardan olan avtomobillərə üstünlük verilir? - STATİSTİKA

Azərbaycanda hansı markalardan olan avtomobillərə üstünlük verilir? -  STATİSTİKA
Azərbaycanda olan minik avtomobillərinin markalarına görə bölgüsü açıqlanıb. 

Sfera.az bildirir ki, hələ də minik avtomobilləri arasında Vaz markalı nəqliyyat vasitələri böyük çoxluğa sahibdir.

2021-ci ilin yanvarın 1-nə olan məlumata görə ölkəmizdə olan 1,265 milyon ədəd minik avtomobilinin təxminən 400 min ədədi və ya 31,6 faizi Vaz markalı maşınlardır. 

Vaz markalı avtomobillər arasında ən böyük paya Vaz-2101, 03-06 (199,1 min ədəd) modelləri sahibdir. Vaz-lar arasında digər böyük paya 2105 və 2107-lər (126,7 min ədəd) malikdir. 

Statistika göstərir ki, ölkələmizdə Vaz-ların sayı azalır. Bunun səbəbi bu markadan olan avtomobillərin istehsalının və idxalının azalmasıdır. 2016-cı illə müqayisədə ölkəmizdə olan Vaz markalı avtomobillərin sayı 6,5 min ədəd azalıb. Qeyd edilən tarixdə ölkəmizdə 406,5 min ədəd Vaz avtomobil var idi.

Azərbaycanda sayca ikinci ən çox Mercedes markalı avtomobillərdir. Onların sayı 206,5 minə yüksəlib. 2016-cı illə müqayisədə Mercedes avtomobillərinin sayı 13,12 min ədəd artıb.

Sayca üçüncü sırada Hyundai markası dayanır. Hyundai-ların sayı 81071 ədədə yüksəlib. 2016-cı illə müqayisədə Hyundai avtomobillərinin sayı 18,9 min ədəd artıb.

Toyota markasından olan avtomobilləri sayı 64 770-ə çatıb. 2016-cı ildən bəri bu markadan olan avtomobillərin sayında artım 17 488 ədəd təşkil edib.

Sıralamada növbəti yerləri 53 938 ədədlə Opel, 43 444 ədədlə KİA, 34 479 ədədlə Nissan, 29 718 ədədlə BMW, 28 088 ədədlə Chevrolet markasından olan avtomobillər tutur. 

Müqayisə göstərir ki, son illərdə ölkəmizdə Opel, Hyundai, Mercedes, Chevrolet, Toyota, KİA markasından olan avtomobillər daha sürətlə artır.  

Ölkələr üzrə götürdükdə isə Azərbaycanda olan avtomobillərin çoxu Rusiya istehsalı olan avtomobillərdir. Onların sayı 474 mindən çoxdur. Hazırda ölkəmizdə olan avtomobillərin 38 faizi Rusiya istehsalıdır. 
Almaniya istehsalı olan avtomobillərin sayı 318 mindir. Yaponiya avtomobillərinin sayı 147,27 min, Cənubi Koreya avtomobillərin sayı 135 min, ABŞ avtomobillərinin sayı 43,4 min ədəddir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...