Əfqanıstan Prezidenti yaxın saatlarda istefa verəcək

Dünya
14:04 / 15.08.2021
1088
Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək.
Sfera.az xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı mənbələrinə istinadən bildirib.
Onun məlumatına görə, dövlət başçısının istefasından sonra müvəqqəti hökumət formalaşdırılacaq.
Telekanal həmçinin qeyd edib ki, hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildə Prezident Sarayında baş tutacaq.