Türkiyə Avropa texnologiyasının ulduzuna necə çevrildi? - \"Financial Times\" jurnalı
17:48 / 14.08.2021
1625
"Financial
Times" jurnalı Türkiyədəki startap layihələrinin son illərdəki uğurları
barədə məqalə yayımlayıb.
Sfera.az xəbər
verir ki, "Türkiyə Avropa texnologiyasının ulduzuna
necə çevrildi?"
başlıqlı məqalədə builki onlayn pərakəndə satışlardakı ən parlaq yeni
fikrin Silikon Vadisində deyil, İstanbulda yarandığı bildirilib.
Məqalədə
texnologiya investorlarının yalnız 10 dəqiqədə market alış-verişi edən
startaplara milyardlarla dollar sərmayə qoyduqları və 7,5 milyard dollar dəyərində
olan "Getir" şirkətinin onların içərisində qabaqcıl olduğu ifadə
edilib.
Yazıda eyni
zamanda aşağıdakı ifadələr yer alıb: "Getir"in keçənilki sərvəti
Türkiyənin texnologiya sənayesindəki böyük dəyişikliyin göstəricisidir".
Ötən yaydan
bəri, Türkiyənin əhəmiyyətli texnologiya şirkətləri olan "Trendyol" və
"Hepsiburada" e-ticarət platformalarının, həmçinin oyun tərtibatçıları
"Peak Games" və "Dream Games"in ümumi dəyəri 1 milyard
dolları aşıb .
İstanbulun
beynəlxalq şəhər olduğunu göz önünə aldıqda texnologiya sahəsində daha çox uğur
əldə edə bilməməsinə təəccübləndiyini deyən Salur "böyük şirkətlər ən azı 10 ilə qurulur.
İlk 10 il sizin üçün təcrübədir. Qarşıda
20 illik bir dönəmin olduğunu düşünün", - deyə bildirib .
"Türkiyə
e-ticarət bazarı dönüş nöqtəsindədir"
Xəbərdə türk sərmayədarları ilə bağlı aşağıdakı ifadələr yer alıb: "Türkiyədə e-ticarətin ümumi həcmi üç il əvvəl 3,5 faizi təşkil edirdisə, bu gün 10 faizə yüksəldiyi təxmin edilir. Bunun səbəblərindən biri də pandemiyanın təsiri ilə əlaqədar olaraq dünyada onlayn pərakəndə satışın artmasıdır".
COVİD-19-un
bazarda böyük dəyişikliklərə səbəb olduğunu ifadə edən "General
Atlantic"in baş direktoru Melis
Kahya Akar türk şirkətlərinin
daha qlobal miqyasda düşünmələri üçün bütün şəraitin hazırda mövcud olduğunu
vurğulayıb.
Türkiyənin
"Amazon"a verdiyi cavab kimi dəyərləndirilən "Hepsiburada" şirkəti 2000-ci ildə
qurulub və böyük ölçüdə investisiya əldə etmədən özünü maliyyələşdirməyi
bacarıb.
"Qlobal
oyunçular kənarda qaldı"
Xəbərdə
"Amazon" və "eBay" kimi qlobal oyunçuların Türkiyəyə girməkdə
çətinlik çəkdikləri qeyd edilib: "Yerli
onlayn satıcılar qismən "Amazon" və "eBay" kimi qlobal
oyunçular ölkəyə girməkdə çətinlik çəkdikləri üçün müvəffəqiyyətli oldular.
"PayPal" 2016 -cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Tvitter və digər sosial media hesabları üzərində sərt tədbirlər gördüyü bir
vaxtda Türk ödəniş lisenziyasını itirdi".
Məqalədə
Türkiyədəki texnologiya menecerlərinin çoxunun ilk təcrübələrini iki şirkətdən
birində keçdikləri qeyd olunub.
"Rocket” and
"Peak”də çalışmış və hazırda Londonda yerləşən "Tripledot Studios” oyun şirkətinin
həmtəsisçisi olan Akın Babayiğit bu haqda fikirlərini bölüşüb.
O qeyd edib
ki, "Rocket”də işə götürdükləri həmin çox ağıllı, super analitik insanların bir
çoxu sonradan ya "Trendyol” və ya "Peak”ə qoşulub. Akın Babayiğit "Peak
Games”in insanlara qlobal düşünməyi və qalib gələ bilməyi öyrətdiyini bildirib.
"Rocket”, "Peak” və "Trendyol” startap məktəblərindən
məzun olan Soner Aydemir "Dream Games”in qurucu ortağıdır. Tapmaca tətbiqi
"Royal Match”ın istehsalçısı dəyəri 1 milyard dolları keçən xüsusi şirkət
olaraq iyun ayında Türkiyənin yeni '"unicorn"u olub.
"Candy Crush Saga Developer King”in keçmiş əməliyyat
meneceri Stefan Kurqan hazırda Türkiyədə dünya səviyyəli oyun təkmilləşdiricilərinin
birliyi olduğunu söyləyib.
Əzizə Zeynal
Sfera.az