"Sevilya" Argentina millisinin üzvünü transfer etdi

İdman
15:35 / 14.08.2021
1615
İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sfera.az xəbər verir ki, La Liqa təmsilçisi "River Pleyt"dən Qonsalo Montieli rənglərinə bağlayıb. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Montiel Argentina yığmasının da üzvüdür. "Sevilya" bu transfer üçün "River Pleyt"ə 10 milyon avro ödəyib.