“Taliban” Loqar əyalətini ələ keçirdi

Dünya
14:00 / 14.08.2021
1282
"Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın Loqar əyalətini ələ keçirib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı "Associated Press” agentliyi yayıb.
Agentliyin məlumatına görə, "Taliban” Loqar əyalətini ələ keçirdikdən sonra ölkənin şimalında yerləşən iri Mazari-Şarif şəhərinə çoxtərəfli hücuma keçib.
Loqar əyalətindən olan millət vəkili Hom Ahmadinin sözlərinə görə, "Taliban” yaraqlıları paytaxt da daxil olmaqla bütün əyalətə nəzarət edirlər. Bildirilir ki, "Taliban” üzvləri hazırda ölkə paytaxtı Kabildən şimalda 80 km-dən az məsafədədirlər.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə "Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.