Türkiyənin daha bir bölgəsində meşə yanğını başladı - FOTO

Dünya
11:11 / 14.08.2021
1001
İzmirin Çeşme mahalında meşə sahəsində yanğın baş verib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın bu gün saat 07:30 radələrində Çeşme mahalının Fikireis yolundakı meşə sahəsində qeydə alınıb.
Tüstü və alovlanmanı görən vətəndaşlar vəziyyəti Meşə Bölgə Müdirliyinə bildiriblər.
Yanğın yerinə 3 helikopter və yanğınsöndürmə işçiləri cəlb edilib.
Yanğına havadan və qurudan müdaxilə edilərkən küləyin söndürmə işlərinə mənfi təsir etdiyi ifadə edilib.
Əzizə Zeynal
Sfera.az