Ərdoğan Türkiyənin üç əyalətini təbii fəlakət zonası elan etdi

Ərdoğan Türkiyənin üç əyalətini təbii fəlakət zonası elan etdi
"Kastamonu, Bartın və Sinopu təbii fəlakət zonası olaraq elan edirik”.
 
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonunun Bozkurt rayonunda vətəndaşlara müraciətində deyib.

"Bu günə qədər zəlzələdən selə və yanğınadək yaşadığımız hər hadisədə Türkiyədə heç kimsənin sahibsiz olmadığını dosta da, düşmənə də göstərdik".

Ərdoğan Türkiyənin cənubunda meşə yanğınları, şimalında sel-daşqınlar olduğunu xatırladaraq bütün fəlakətlərə qarşı dövlət qurumlarının səfərbər olduğunu vurğulayıb:

"Dünyanın çox yerində olduğu kimi, Türkiyə də bir müddətdir, təbii fəlakətlərlə üz-üzədir. Çalışmalıyıq ki, bu mübarizəmizi ən az itki ilə başa çatdıraq”.
 
Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR