Rusiya Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Rusiya Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Rusiya 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyi nəzərdən keçirir.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı xarici işlər naziri Sergey Lavrov Tokio Olimpiadasının qalibləri və mükafatçıları ilə görüşü zamanı açıqlama verib.  

Nazirin sözlərinə görə, Sankt-Peterburq və Kazan da daxil olmaqla artıq bir neçə şəhər ərizə təqdim edib. 

Xatırladaq ki, Yay Olimpiya Oyunları Rusiyada bir dəfə 1980-ci ildə keçirilib. 2014-cü ildə isə Soçidə Qış Olimpiya və Paralimpiya Oyunları təşkil edilib.
Növbəti Yay Olimpiya Oyunları 2024-cü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində keçiriləcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR