Müəssisələrə işçilərin vaksinasiya olunması ilə bağlı sorğular göndərilir – Yeni qadağalar gəlir
14:53 / 13.08.2021
1539
Ölkə üzrə
koronavirusa yoluxma sayı artdıqca karantin rejiminin sərtləşdirilməsi, bəzi
sahələr üzrə qapanmaların olacağı ilə bağlı iddialar
dolaşmaqdadır.
Sfera.az-a
daxil olan məlumata əsasən, bəzi dövlət müəssisələrində artıq işçilərin gündəlik
işə gəlməsi ilə bağlı məhdudiyyət tətbiq edilib. Belə ki, müsəssiələrdə işçilər
say etibarilə yarı faizlə işə çıxmağa başlayıblar.
Bundan əlavə
bəzi özəl müəssisələrdə artıq işçilərin siyahısı və virus əleyhinə vaksin
olunub-olunmaması ilə bağlı məlumatlar istənməkdədir. Görünən odur ki, qarşıdakı
zaman ərzində vaksin olunmayan şəxsləri inzibati binalara buraxmayacaqlar.
Vaksinasiyanın
könüllülük prinsipləri əsasında aparıldığı bildirilsə də, qarşıdakı zaman ərzində
bu prosesin məcburi hal alması gözlənilir. Başqa sözlə, artan qadağalar insanlar
buna məcbur edəcək. Çünki artıq sentyabrdan etibarən mehmanxanalara, iri ticarət
mərkəzlərinə, ictimai iaşə müəssisələrinə də vaksin pasportu olmadan girmək mümkün
olmayacaq.
Bir sözlə,
vaksin olunmayan insanlar işlə bərabər, başqa sahələrdə də məhdudiyyətlərlə üzləşəcəklər.
Əzizə
Zeynal
Sfera.az