Britni Spirsin atası qızının qəyyumluğundan imtina etdi - 13 illik mübahisə sonlandı

Britni Spirsin atası qızının qəyyumluğundan imtina etdi - 13 illik mübahisə sonlandı
Amerikalı məşhur müğənni Britni Spirsin atası qızının qəyyumluğundan imtina edib.
 
Sfera.az xəbər verir ki, ata ilə qız arasında 13 ildir ki, davam edən mübahisəli məsələ sonlanıb.

2008-ci ildə müğənninin psixi sağlamlığı ilə bağlı problemlər yarandıqdan sonra məhkəmə Britni Spirsin atası Ceymi Spirsə qızının sərvətini və həyatının digər sahələrini idarə etmək səlahiyyəti verib.

Lakin sonradan müğənni atasının onun sərvətini istismar etdiyini və qəyyumluğun düzgün həyata keçirilmədiyini bildirib. 

Uzun sürən hüquqi mübarizə müğənninin həyatı haqqqında "Framing Britney Spears" adlı sənədli film yayımlandıqdan sonra diqqət çəkməyə başlayıb. Belə ki, filmdə 39 yaşlı müğənniyə məcbur narkotika verildiyi, zorla səhnəyə çıxma təklifi edildiyi və uşaq sahibi olmasına əngəl törədildiyi kimi səhnələr canlandırılıb. 

Müğənni atasının onun həyatını kontrol etməkdən çəkinməyəcəyi halda səhnəyə çıxmayacağını deyib. Bundan sonra Ceymi Spirs bütün bu kimi məsələlərdən geri çəkildiyini və ona qarşı müğənninin pərəstişkarları tərəfindən basqı olduğunu bildirib.

İnci
Sfera.az 




OXŞAR XƏBƏRLƏR