Türkiyədə sel səbəbindən 1 720 vətəndaş evakuasiya olundu

Dünya
13:20 / 13.08.2021
901
Türkiyədə sel fəlakəti nəticəsində dağıntıların yaşandığı şəhərlərdən ümumilikdə 1 720 vətəndaş evakuasiya olunub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun özünün Tvitter səhifəsində məlumat verib.
F.Altunun sözlərinə görə, Bartında 323, Kastamonuda 925, Sinopda 472 vətəndaş helikopter və qayıqlarla təhlükəsiz bölgələrə təxliyə edilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sel fəlakəti yaşanan bölgələrə səfər edərək vəziyyətlə yerində tanış olacaq. Hazırda zəruri tədbirlər davam etdirilir.
Aysel
Sfera.az