Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət etdi

Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət etdi
Türkiyənin Əfqanıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına müraciət edib.

Sfera.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat yerləşdirilib. 

Müraciətdə bildirilib ki, ölkənin böyük qismində yaranmış təhlükəsizlik problemləri ilə bağlı Əfqanıstana səyahət edən və ya bu ölkədə yaşayan Türkiyə vətəndaşlarının təcili şəkildə səfirlik, baş konsulluqlara müraciət etmələri, əlaqə məlumatlarını təqdim etmələri vacibdir:

"Vətəndaşlarımıza toqquşmaların olduğu regionlardan uzaq olmağı, təhlükəsizliklə bağlı zəruri tədbirlər görməyi tövsiyə edirik”.
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR