İki ölkə Əfqanıstana hərbçi göndərir

Dünya
10:38 / 13.08.2021
698
ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına 3 min hərbçi göndərir.
Sfera.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.
Onun sözlərinə görə, biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət hərbçi göndəriləcək.
Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.
Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.
Aysel
Sfera.az