Bu il şirkətlərin iflası artacaq – Səbəb

İqtisadiyyat
16:02 / 12.08.2021
1231
"Dun & Bradstreet” tərəfindən
hazırlanan "Qlobal İflas Hesabatı”na görə pandemiyaya baxmayaraq ötən il dünyada
şirkət iflaslarının sayı 15 faiz azalıb.
Sfera.az bildirir ki, analitik
şirkət 36 ölkənin iflas göstəricilərini təhlil edib. Hesabata əsasən, dünyada 2019-cü
ildə 215 min şirkət iflas olduğu halda, pandemiya dövründə 183 min şirkət
müflisləşib.
"Dun & Bradstreet”
hesab edir ki, iflasların sayının azalması dövlətin iqtisadiyyata və şirkətlərə
verdiyi dəstəklə bağlıdır. Buna görə də analitik şirkət bu il və gələn il iflas
edən şirkətlərin sayının artacağını proqnozlaşdırır.
Vasif