Rusiyada turistləri daşıyan helikopter qəzaya uğradı

Rusiyada turistləri daşıyan helikopter qəzaya uğradı
Rusiyada 16 nəfər turist daşıyan helikopter qəzaya uğrayıb.
 
Sfera.az xəbər verir ki, qəza Rusiyanın Kamçatka bölgəsində qeydə alınıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyi 8 nəfərin xilas olduğunu bildirsə də, yaralılarla və itkilərlə bağlı məlumat verilməyib. 

16 nəfəri daşıyan MI-8 tipli helikopterdə 3 nəfər ekipaj üzvü olub. Əraziyə axtarış xilasetmə qruplarının göndərildiyi bildirilib.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR