Xırdalanda küçədə oynayan uşaqlara narkotik təklif edildi, DİN hərəkətə keçdi - FOTO

Xırdalanda küçədə oynayan uşaqlara narkotik təklif edildi, DİN hərəkətə keçdi - FOTO
Ötən gün Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif olunub.
 
Bu barədə Abşeron sakini Lalə Bağırova özünün "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində bu hadisənin şahidi olub.

"Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər.

Bizim uşaqlar bildirəndə ki, "biz bilirik bunlar nədi”, - qayıdıblar ki, sizin bilmədiyiniz şeylərdəndi. Bir sözlə uşaqlar çox pis bir təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər.

Öz aralarında isə danışırlarmış ki, uşaqları basıb maşına aparsınlar. Demək istədiyim budur ki, belə hallar çox kütləviləşib.

Çalışaq evdə azyaşlı uşaqlarımıza belə başa salaq-heç kimsədən nəsə almasınlar. Çalışaq uşaqlarımızı qəti nəzarətsiz buraxmayaq. AAAF Parkda digər kameralar da var. Xahiş edirik, bu məsələ təcili araşdırılsın”, - deyə Lalə Bağırova bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılacaq.
"Məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır”, - deyə qurum rəsmisi bildirib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...