Gələn il Azərbaycan çempionatında VAR tətbiq oluna bilər

İdman
17:32 / 11.08.2021
908
Pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevralından Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.
Sfera.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hakimlərlə görüşü zamanı deyib.
O qeyd edib ki, artıq tender məsələləri öz həllini tapıb:
"VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.
E.Məmmədov bildirib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".