Abituriyentlər niyə 700 bal toplaya bilmir? – Səbəblər

Abituriyentlər niyə 700 bal toplaya bilmir? – Səbəblər
"Nəticəsi zəif olan məktəblərdə çalışanların əmək haqqını azaltmalı, yüksək nəticə göstərən məktəb müəllimlərinin maaşını isə artırmalıyıq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda son illər qəbul imtahanlarında 700 bal toplayanların olmamasına münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
 
"Qəbul imtahanlarında maksimum nəticə üçün tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılmalıdır. Müəllimlərin məsuliyyət hissini artırmaq üçün nəticəsi zəif olan məktəbləri mütləq şəkildə hansısa formada məsuliyyətə cəlb etməliyik. Cari ildə 250 məktəbin bir nəfər məzunu belə ali məktəbə qəbul olmayıb. Amma buna görə hər hansı bir direktor, rayon təhsil şöbəsinin rəhbəri cəzalanmadı. Eyni zamanda, nəticəsi yaxşı olanlar da mükafatlandırılmadı”.

Ekspertin fikrincə, belə acınacaqlı durumun yaranması texniki və təbiət fənlərinin tədrisində ənənəvi qaydada mövcud olan problemlərlə bağlıdır:
 
”Məhz bu problemlər, xüsusən də tibb ixtisası üzrə yüksək bal toplamağa, peşəkar kadrların yetişdirilməsinə əngəl olur. Aşağı balla müəllimlik ixtisasına qəbul həyata keçirmək olar, onlar öyrənəcəklər. Amma tibb, mühəndislik ixtisasları üzrə aşağı balla qəbul yolverilməzdir”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....