Bakıda arvad ərini boğaraq öldürüb - TƏFƏRRÜAT

Bakıda arvad ərini boğaraq öldürüb - TƏFƏRRÜAT
Prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, 9 may 2021-ci il tarixdə saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib boğaraq mexaniki asfiksiya nəticəsində Rəşid Axundovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

10.08.2021-ci il tarixdə İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...