Əfqanıstanda son 5 gündə 7 şəhər “Taliban”ın nəzarətinə keçdi

Dünya
23:00 / 10.08.2021
1332
Əfqanıstanda "Taliban”ın təsir dairəsi genişlənməkdə davam edir.
Sfera.az "Haber Global”a istinadən xəbər verir ki, son 5 gündə 7 vilayət mərkəzi hərəkat üzvlərinin nəzarətinə keçib.
Məlumata əsasən, dünən yaraqlılar Nimruz vilayətinin mərkəzi Zərənc şəhərini, bu gün isə Fərah vilayəti və eyniadlı vilayət mərkəzini zəbt ediblər.
Hazırda ölkənin 34 vilayət mərkəzindən 27-si hökumət qüvvələrinin nəzarəti altındadır.