Suriyada gəmi partlayıb - Xəsarət alanlar var

17:37 / 10.08.2021
823
Suriyanın Latakiya limanında dayanan gəmilərin birində partlayış baş verib.
Sfera.az-ın məlumatına görə, partlayışdan sonra gəmidə yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Qeyd olunur ki, insident gəmidə texniki baxış üzrə işlər aparılarkən qeydə alınıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Gəminin hansı ölkəyə məxsus olması barədə məlumat verilməyib.